Arcelik paltaryuyan qapı kilidi
Bütün növ paltaryuyan ehtiyat hissələrinin satışı
Paltaryuyan qapı kilidi
Paltaryuyan maşının qapı kilidinin nasazlığı maşının işləməsinə mane ola bilər və müxtəlif problemlər yarada bilər. Qapı kilidinin nasazlığının müəyyən edilməsi problemi tez həll etməyə kömək edir. Paltaryuyan maşının qapı kilidinin nasazlığını başa düşməyin yolları və bu problemi həll etmək üçün məsləhətlər:
Qapı kilidinin sıradan çıxma səbəbləri
1. Qapaq bağlanmayacaq və açılmayacaq
- Təsvir: Qapı kilidi nasaz olduqda, qapı düzgün bağlanmaya bilər və ya kilidli qala bilər. Bu, yuma dövrünün başlamasına və ya tamamlanmasına mane ola bilər.Qapı kilidi mexanizmindən açılıb bağlanarkən gələn bir səs vardır ki, bu da səs gəlmədikdə qapı kilidinin sıradan çıxması deməkdir və ya beyindən komanda gəlmədikdə bu hal baş verə bilər.
2. Qapı kilidi işığı yanır sönür və ya ümumiyətlə yanmırsa
- Müasir paltaryuyan maşınların əksəriyyəti qapı kilidinin vəziyyətini göstərmək üçün LED işığından istifadə edir. Bu işıq yanıb-sönürsə və ya heç yanmırsa, qapının kilidində problem ola bilər.
3. Paltaryuyan maşını işləməyə başlamırsa
- Qapı kilidi düzgün işləmirsə, maşın təhlükəsizlik səbəbi ilə işləməkdən imtina edəcək. Bu, maşının yuma dövrünə başlamamasına səbəb olacaq. Maşının start stop düyməsi heç bir reaksiya vermiyəcəkdir.
4. Xəta kodu verirse
- Müasir paltaryuyanlarda qapı kilidində problem olduqda özünə məxsus xəta kodları verməkdədir. Təbii ki, bu köhnə nəsil paltaryuyanlarda da olmaqdadır. Ekransız model paltaryuyanlarda led işıqlar vasitəsi ilə bildirməkdədir. Paltaryayuyan xəta kodları haqqında ətraflı məlumat üçün Paltaryuyan xəta kodları linkindən keçid edərək sizin istifadə etdiyiniz paltaryuyan maşının xəta kodlarına baxa bilərsiniz.
Paltaryuyanlar haqqında maraqlı məlumarlar üçün faydalı məlumatlar linkindən keçid edərək məlumarlar əldə edə bilərsiniz.